fbpx
 

“The true face of aggression: through injustice and bloodshed” yayımlandı

Yazarımız “Müjgan Əliyeva“nın “The true face of aggression: through injustice and bloodshed” adlı kitabı yayımlandı.

Müjgan Əliyevanın təşəbbüsü ve redaktorluğu ilə ingilis dilində qələmə alınan “The true face of aggression: through injustice and bloodshed” kitabının əsas məqsədi, Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı təcavüz haqqında həqiqətləri dünyaya çatdırmaqdır.

Kitabda Bakı Dövlət Universitetinin professoru, Ekoloji Kimya kafedrasının müdiri Sevinc Hacıyeva, Bakı Dövlət Universitetinin müəllimi, kimya elmlər namizədi Fərqanə Əliyeva, Bakı Dövlət Universitetinin müəllimi, dosent Fətəli Hüseynov, İngiltərinin Bristol Universitetinin məzunu, Bakı Dövlət Universitetinin doktorantı Tofiq Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, innovativ inkişaf və beynəlxalq əməkdaşlıq üzrə ekspert Rüstəm Məmmədov, Bakı Dövlət Universitetinin mühazirəçisi, ictimaiyyətlə əlaqələr üzrə ekspert Müjgan Əliyeva, Almaniyada fəaliyyət göstərən, insan hüquqları üzrə ekspert Təhminə Salayeva, Türkiyənin Orta Şərq Texniki Universitetinin doktorantı, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin əməkdaşı Nigar Şirəlizadə, Türkiyənin Atatürk Universitetinin doktorantı Kadir Aydın, İstanbul Universitetinin fəxri məzunu Hatice Ferek, İstanbul Aydın Universitetinin fəxri məzunu Ülkər Əliyevanın məqalələri dərc olunub. Eyni zamanda kitabda Real TV-nin fotojurnalisti Famil Mahmudbəylinin İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Bərdə və digər cəbhə bölgəsinə yaxın olan ərazilərdə çəkdiyi kadrlar oxuyuculara təqdim olunur.
Kitabın dizaynı Kamran Paşayeva məxsusdur. Üz qabığında olan foto Tərtərin Şıxarx kəndində, ermənilən dinc əhaliyə qarşı olan növbəti hücumu zamanı fotojurnalist Famil Mahmudbəyli tərəfindən çəkilib.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən və şəhid olan əsgər və hərbçilərimizin əziz xatirəsinə həsr olunur. Xüsusi ilə qeyd etməliyik ki, kitabın satışından əldə olunan gəlir şəhid və qazi ailələrinə yardım üçün ayrılacaq.

Türk Yayınevi Nəşriyyatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"101 Gün" kitabımız və yazarımız Orxan Hacıyev xəbər portallarında

Ca Mar 4 , 2021
“101 Gün” kitabımızın ve yazarımız “Orxan Hacıyev“ə Xəbər Portallarından gələn ilgi və dəstəyə göre teşəkkür edir, yazarımızın yeni kitablarında da ümidvar olmağını arzu edirik.   Hacıyev Orxanın “101 gün” adlı ilk şeir kitkabı yayımlandı. “Əbədi Qışdayam”, “Evdə deyiləm”, “Bağışla” və s. şeirləri ilə tanıdığımız gənc yazar Orxan Hacıyevin “101 gün” […]