Yazarımız “Tuncay Abbasov”un “Qaranlıqdakı İşıq” adlı kitabı yayımlandı.
Tuncay Abbasov Elmar oğlu 28 iyul 1997 – ci il Naxçıvan MR anadan olub. Orta təhsilini orada alıb. Ali təhsillidir. İştirak etdiyi müsabiqələrin çoxunda birinci yerə layiq görülmüşdür. Kitab oxumağa olan marağı 2016 – ci ildə gördüyünüz bu kitabın yazılmasına və 3 ildən sonra ərsəyə gəlməsinə səbəb oldu.
Əsər haqqında kiçik sujet xəttini sizlərə təqdim edirik!
O nə qədər də balaca olsa da uşaqlıqdan öz valideynlərini itirməsi ona ağır zərbə vurmuşdu. Balaca yaşında öz gözləri qarşısında ana və bacısının evdə yanması, bir muddət sonra isə atasının meyidinin küçəyə atılması Kazıma heç də yaxşı təsir etməmişdi. Daim qisas hissi onu boğurdu. Bəs nə vaxta qədər? Neçə yaşına kimi dözə bilərdi?