fbpx
 

“Özümə Danışdığım Nağıllar” yayımlandı

Həsənov Zeynalabdin Əli oğlu – 1952-ci il dekabr ayının 11-i, Salyan rayonunun Dayıkənd kəndində anadan olub. Əslən, Qərbi Azərbaycandan olan ailəsi 1949-cu ildə Vedi rayonunun Hortun kəndindən Salyan rayonuna deportasiya olunublar. Sonrakı yaşayışlarını Tərtər rayonunun Dəmirçilər kəndində davam etdiriblər. Həsənov Zeynalabdin 1969-cu ildə Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsinə qəbul olub. Təhsilini başa vurduqdan sonra, Tərtər rayonunun kəndlərində kimya müəllimi kimi fəaliyyət göstərib. Dəfələrlə olimpiadalarda dərs dediyi şagirdlər yüksək yerlərə layiq görülüblər, universitetlərə kimya fakültəsindən ən yüksək ballar toplayıblar. O, bir çox fəxri fərmanlara layiq görülüb. 2011-2012-ci tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Hazırda yaşla əlaqədar təqaüddə olan Həsənov Zeynalabdinə müəllim kimi fəaliyyət göstərdiyinə görə hamı “Zeynal müəllim” deyə müraciət edib və etməkdədir. Uşaq yaşlarından şeirə həvəsi olan Zeynal müəllim müəyyən vaxtlarda yazdığı şeirlərini bir araya toplayaraq kitab halına salmağı düşünüb və nəşriyyat olaraq “Türk Yayınevi Nəşriyyatı”na etibar edib.

O mənim uşaqkən oyun yoldaşım, məktəbliykən məktəb yoldaşım, tələbəykən tələbə yoldaşım, işləyərkən iş yoldaşım və hər zaman dostumdur. O mənim ən yaxşılar içində ən yaxşımdır. O mənim ATAMdır! “Dünyanın ən yaxşı atası” deyə bir deyim var, bu deyim mənim atamın tam üstünə biçilmiş bir qiyafədir.

Türk Yayınevi Nəşriyyatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bayrağımız İstanbul'da

Bz Noy 8 , 2020