fbpx
 

“Bitkiləri öyrənirəm-pomidor” yayımlandı

Yazarımız “Dürdanə Rəcili”nin yazdığı “Bitkiləri öyrənirəm-pomidor” adlı kitabı yayımlandı.

“Bitkiləri öyrənirəm” seriyasının ilk kitabı olan bu kitab pomidor haqqında öyrədici və yararlı məlumatlardan bəhs edir. Kitab bələdçi dost vasitəsi ilə uşaqlarda təbiətə maraq yaratmaq və canlı aləm mövzusunda biliklərini artırmaq üçün tərtib edilib. Pomidorun faydaları, tarixçəsi kimi öyrədici bölmələrlə yanaşı rəngləmə kimi bölmələrlə də uşaqların sağlam və əyləncəli vaxt keçirməsini təmin edən bu kitabın əsas qayəsi isə kitabdakı bağlamada gizlidir. Bu bağlama və verilən ətraflı izahlarla uşaqlar pomidorun faydaları, günümüzə qədər necə gəlib çatması ilə bərabər onun yetişdirilməsi və eləcə də inkişaf mərhələlərinin canlı şahidi ola biləcəklər.

Bu kitabı oxuyan hər bir uşaq təbiətdəki hər canlının özünəməxsus faydaları olduğunu və sağlam gələcək üçün bu canlıların birlikdə öz yaradılışlarına uyğun yaşamalı olduğunu öyrənəcək!

Türk Yayınevi Nəşriyyatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Elpis" yayımlandı

Ç Apr 7 , 2021
Yazarımız “İntiqam Orucov“un “Elpis” adlı kitabı yayımlandı.         Xəyal gücü insanları haralara apardığını hec xəyal belə edə bilməzsiniz. Adı üstündə – ”Xəyal gücü”. Uzaq məsafələrdəki insanlarla beyin dalğaları vasitəsi ilə əlaqə yaratmaq istəyən gənc ixtiraçılar özləri belə təsəvvür etməzdilər ki, nə qədər uzağa getmək olar. İxtira etdikləri […]