“Laçın həsrəti” tezliklə!

İntizar Əşrəfova 7 aprel 1949-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Laçın rayonunun Qaraçanlı kəndində dünyaya göz açmışdır. İntizar Əşrəfova Ulduzə Nisginli təxəllüslü həzin, duyğulu şeirlər yazmışdır. 1993-cü ildə yurdu talan olan, öz doğma el-obasından məcburi köçkün düşən şairə  Laçın həsrəti ilə yaşamış, bundan doğan hüzn, kədəri də şeirlərində məharətlə əks etdirmişdir. Şairənin “Laçın həsrəti” adlı şeir kitabını tezliklə oxucularımızın ixtiyarına buraxacağıq.

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*