Tez-Tez Verilən Suallar

Kitab nəşri ilə bağlı tez-tez verilən suallar:

Yazılarımı sizə necə göndərə bilərəm?

İşinizin tərəfimizdən dəyərləndirilməsi üçün əlyazmanızın nüsxəsi və ya komputerdə yığılmış formasını nəşriyyatımızın ünvanına poçt və ya yükdaşıma xidməti vasitəsilə göndərə bilərsiniz. Bununla bərabər elektron poçt vasitəsilə göndərməyiniz də yetərli olacaqdır.

Göndərilən yazılar ideoloji və siyasi bir dəyərləndirməyə məruz qalırmı?

Türk Yayınevi Nəşriyyatı qurumu işinizi təkcə ədəbi və intellektual dəyərlər baxımından qiymətləndirir. Və bunun xaricində heç bir ideoloji və ya siyasi qiymətləndirmə meyarımız yoxdur. Biz hər fikrə və hər kəsə açıq bir nəşriyyat siyasəti yeridirik. Bu günə qədər nəşr etdiyimiz kitablara baxdıqda bunu açıq şəkildə görmək mümkündür. Amma yenə də bu bizim qırmızı xəttimizin olmadığı anlamına gəlmir. Dövlət və ərazi bütövlüyümüzə zərbə vuran və ya cinsi mövzulardan ibarət mətnləri mütləq şəkildə kənar edirik.

Göndərdiyim yazıları araşdıracaq qurumun əməkdaşları hansı sahə üzrə ixtisaslaşmışlar?

Sizin işinizi araşdıracaq qurumun əməkdaşları universitetlərin Azərbaycan dili və Filoloqiya bölməsini bitirən yetkin şəxslərdir. Onlardan hər biri müəyyən bir  mövzu üzrə ixtisaslaşmış insanlardır. Onlar qrammatika, nitq pozuntuları, bədii səhvlər, oxunaqlılıq, axıcılıq və ümumi dəyərləndirmə başlıqları altında heyyət şəklində çalışırlar.

Xərclərin ödənilməsi üçün təyin olunmuş məbləğ xaricində daha sonralar hər hansı bir proses üçün əlavə  ödəniş tələb oluna bilərmi?

Müqavilədə göstərilən məbləğ xaricində heç bir şəkildə müştəridən əlavə ödəniş istənilməz.

Kitabın xərcini necə ödəyə bilərəm?

Ödənişi həm nağd şəkildə, həm də bank transferi və ya elektron pul köçürmə xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz. Ödənişi hissə-hissə olaraq maksimum üç dəfəyə edə bilərsiniz. Kitab hazırlıqları ilk ödənişin həyata keçirilməsi ilə başlayıb, son ödənişin edilməsi ilə bitəcəkdir.

Kitabın satışı haralarda həyata keçiriləcəkdir? Onu böyük kitab mağazalarında tapa biləcəyəmmi?

Kitabınız demək olar ki, ölkə daxilində internet vasitəsilə satış edən (online satış edən) bütün kitab mağazalarının saytlarında satış üçün təqdim olunacaqdır.

Kitabınız böyük kitab mağazalarında da yer ala bilər. Lakin bunun üçün tələbin olması vacibdir. Yəni hansısa alıcı kitabınızı X adlı bir kitab mağazasından soruşarsa, o zaman həmin X adlı mağaza kitab distryubutorundan bu kitabı istəyər və həmin alıcıya çatdırar.

ISBN kitabımda olmalıdırmı?

Qanunun tələbinə əsasən ISBN bütün çap edilmiş kitablarda olmalıdır. Bu sizin kitabınızın şəxsiyyət nömrəsidir. Bu nömrəni Xəzər Universitetindən sizin üçün biz alırıq. Bu halda sizin əlavə görəcəyiniz iş yoxdur. Bütün rəsmi əməliyyatlar nəşriyyatımızın məsuliyyəti altındadır.

Kitabın etiket qiymətini kim təyin edir?

Kitabin etiket qiymətini bazar qiymətlərini də nəzərə alaraq optimal bir rəqəmdə saxlamaq üçün biz təyin edirik.

Kitabın satışlarından mənə nə qədər ödəniş ediləcəkdir?

Bu məsələdə müəllif və nəşriyyat evi olaraq aramızda imzaladığımız müqavilədə göstərilən şərtlər keçərlidir. Bütün xərclər sizin tərəfinizdən qarşılandığında müəllif olaraq haqqınız 100 faiz ikən, ortaq şəkildə bu işi gördüyümüz zaman isə 50 faiz olacaqdır. Saytımızın sağ üst küncündəki müəllif izləmə sistemi vasitəsilə sizə verəcəyimiz şifrə ilə giriş edərək kitabınızın satışalarını hesab-faktura üzərindən izləyə biləcəksiniz. Nəşriyyat evimiz altı ayda bir olmaqla satışlardan əldə edilən gəliri bank hesabına mədaxil edəcəkdir.