fbpx

Nəşr prosesi

Hörmətli yazıçımız,

Əgər bu ilk kitabınızdırsa, bağladığımız bu müqavilə ilə yazıçı ünvanından istifadə etməyə rəsmi olaraq haqq qazandığınızı xatırladırıq. Bundan sonra özünüzü yazıçı olaraq təqdim edə bilərsiniz. Bu münasibətlə sizi təbrik edirik. Ədəbiyyat aləminə xoş gəlmisiniz!

Müqavilənin imzalanmasından sonraki proses haqqında sizi məlumatlandırmaq və birlikdə davam edəcəyimiz əməkdaşlıq haqqında bilgi vermək üçün bir neçə addımdan ibarət olan  bu sənədi hazırlamışıq.

1. Addım

Hal-hazırda əlinizdə qarşılıqlı olaraq imzaladığımız müqaviləmiz var. Bunun mənası rəsmi müddətin başlanmasıdır. Bundan sonrakı işlərimizin davam etməsi üçün müqavilədə qeyd olunan miqdarı, yenə  də müqavilədə qeyd olunan bank hesabına ödəməlisiniz.

2. Addım

Ödəniş edildikdən sonra əməkdaşlarımız qovluğunuz üzərində işləməyə başlayacaq. Yayınevimizlə görüşmə əsnasında qovluğunuzu təhvil verməmiş ya da bəzi əlavələr etmək üçün daha sonra təhvil verəcəyinizi söyləmisinizsə, biz qovluğunuzun təqdim edilməyini gözləyəcəyik.

3. Addım

Bizdən redaktor xidməti almısınızsa, əvvəlcə qovluğunuz redaktorun işləməyi ona təqdim olunacaq. Redaktə işinin nə zaman bitəcəyi kitabınızın həcmindən, yəni səhifə sayından asılıdır. Bir kitabın əvvəldən axıra qədər incələnməsinin, həzm olunaraq oxunub dəyişikliklərin edilməsinin 2-3 gündə bitəcəyini gözləmək doğru yanaşma olmaz. Redaktorun məcbur edilməsi keyfiyyəti aşağı salar. Redaktorumuz işi iki qovluq halında tamamlayacaq. Biri qırmızı rənglə işarələnmiş yerlərin olduğu orijinal qovluğunuz, digəri isə dəyişikliklərin əks olunduğu yeni qovluq olacaq. Sizə təqdim etdiyimiz bu qovluqlardakı dəyişiklikləri təsdiqlədikdən sonra növbəti mərhələyə keçəcəyik.

4. Addım

Redaktordən gələn ya da sizin birbaşa çap olunmasını istədiyiniz qovluq mətn yığımı formasına gətirilir. Bu proses bitdikdən sonra sizə email ilə göndərilir. Sizin bir neçə dəyişiklik etmək istəyiniz olarsa, yenilənmə edilir. Qəbul edirsinizsə, mətn çap üçün hazır sayıla bilər.

5. Addım

Üzlük üçün sizin fikrinizi və arxa qapaq yazısı istəyəcəyik. Müqavilədə bildirilən qaydalar daxilində dizaynınız hazırlanaraq sizə çatdırılacaq. Bir neçə kiçik dəyişiklik, məsələn: yazı tipinin dəyişdirilməsi ya da yazı rənginin dəyişilməsi kimi kiçik istəklər ola bilər. Əgər qəbul edəcəksinizsə, kitabınız çap üçün hazırdır.

Bu beş maddə yerinə yetirilərkən biz də bir yandan kitabın Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi’ndə rəsmi prosedurlarını tamamlayar, holoqramlarımızı almaq üçün qovluğunuzu hazırlayarıq.

Kitabınızı nəşr etməklə  bərabər sizə bildirim göndərər, çox vaxt da eyni gündə virtual mağazamızda satışa çıxararıq. Kitabın tanıtım bukletlərini  bütün kitabevlərinə göndərərik. Bu kitabevləri də 10-14 gün ərzində kitabınızı satışa çıxararlar. Bu müddət ərzində biz də kitabınızı iş ortağımız olan yayım firmasına təslim edərik.

Sıralanmış və qısa təsvir edilmiş bu prosesləri  ard-arda yazmaq asan kimi görünsə də, hər bir maddənin reallaşmasının vaxt aldığını bildirmək istəyirik. Bu gün komputer  proqramlarının cəld cavab verməsi  insan beynində bütün işlərin sürətli bitmək məcburiyyətində olması  kimi gözlənti  formalaşdırır. Bu gözlənti də bəzi münasibətlərin zərər görməsinə səbəb olur.  Əvvəlcədən sizi xəbərdar etmək istəyirik. Atalar sözündə də deyildiyi kimi: “Örtülü bazar, dostluğu pozar”.  Buna görə də bir-birimizə qarşı açıq olaq.

Sizdən  əvvəl razılaşdığımız yazıçılarımız və onların bizə əmanət etdikləri əsərləri olduğunu anlayışla qarşılayacağınıza ümid edirik. Dolayısı ilə işinizi proses ardıcılığı şəklində təsvir etməkdə məqsədimiz əsəriniz üçün bir işləmə təqvimi müəyyənləşdirdiyimiz və buna görə zamanın keçəcəyidir.

Hələ ki, düyməyə basdığımız zaman bir ucundan kağız olaraq girib digər ucundan oxumağa hazır kitab çıxaran texnika mövcud deyil. Əgər icad edilərsə, biz də istifadə etməyi çox istəyərik. Bu günümüzdə isə kitab nəşri ənənəvi olaraq bir neçə addımda insan əli ilə edilməkdədir. Yazıçılarımızın bu kimi addımları bilməsində xeyir olduğunu düşündüyümüzdən bütün prosesi aşağıdakı kimi sıralamışıq. Nəticədə kitab aləminin bir hissəsi olunacaqsa, bu məlumatlardan xəbərdar olmaq lazımdır. 

1) Məsul şəxs  ilə müqavilə
2) Müqavilənin kargo ilə gətirilib-aparılması   
3) Redaktorun araşdırması 
4) Dizerin mətnləri yığaraq kitabı çapa hazırlaması 
5) Dizaynerin üzlüyü hazırlaması 
6) Kitab qovluğunun qəliblənməsi
7) Kağızların alınması
8) Qəliblənmiş qovluğun nəşr üçün texnikaya tək-tək yerləşdirilməsi
9) Nəşr olunan kağızların keyfiyyətinin incələnməsi
10) Nəşr olunan kağızların qarışdırılması
11) Üzlük nəşrinin ayrıca edilməsi
12) Hər üzlüyə tək-tək holoqram yapışdırılması
13) Yığılmış kağızlara üzlüklərin taxılması
14) Üzlük taxılan kağızların kəsilməsi
15) Kəsimi bitən kağızların paketlənməsi 

kimi 15 ayrı prosesdən ibarət olan bir müddətdir. Burada ən az 15 adamın əl əməyindən söhbət gedir. Bəs bu tip insan əməyi olan bir işdə axsama olmazmı? Məsələn: üzlükləri taxan ustanın oğlunun toyu, ya da holoqramları yapışdıran qızımızın özü xəstələnə bilməzmi? Göründüyü kimi bir-biri ilə zəncirvari bağlı olan bu işdə təbii yaşamda mövcud olan problemlər qaçınılmazdır. Buna görə bizə təzyiq edərək işin sürətlənəcəyini düşünmək, işini sevərək edən bizləri  incitməklə bərabər aramızdakı münasibəti sarsıtmış olursunuz. Bunun üçün sizlərlə müqavilə imzalayarkən işinizin 3 ay ərzində  təqdim olunacağı sözünü veririk. Təbii ki, baş verə biləcək axsaqlıqlar da əvvəlcədən nəzərə alınmalıdır.

Kitab çap olunduqdan sonra yenə bir çox insanın əməyindən istifadə olunur.

1) Çap olunan kitabın nəqliyyata yüklənməsi, 2) Yüklənən nəqliyyatın depoya nəqli,
3) Depoda kitabların qeydə alınaraq düzülməsi,
4) Tanıtım bülleteninin hazırlanması,
5) Kitabevlərinin yeni çıxan kitab haqqında məlumatlandırılması,
6) Paylama firmasına kitabların aparılması,
7) Satış prosesinin izlənməsi,
8) Satışların mühasib qeydlərinin aparılması, kimi bir sıra proselər mövcuddur.

Yəni bu iş göründüyü qədər asan iş deyil. Nəşriyyat işində  yazıçı və yayın evi müqavilə müddətində bir-birilərinin üzünə baxıb bir yerdə iş görürlər. Buna görə qarşılıqlı münasibətdə üslub çox önəmlidir.

Nəşriyyata email göndərdim yarım saatdır ki, cavab yazmadılar.  

Email keçmişdə əlaqə vasitəsi kimi istifadə olunan məktubun müasir formasıdır. Yəni email tərəflərin bir-birilərinin uyğun olduğu vaxtlarda cavab yazdıqları bir proqramdır. Anında cavab gözlənilməməlidir. Email anlıq olmadığı üçün də yazılan sözlər düşünülmüş və açıq olur. Gün içində yüzlərlə email gəlməkdədir. Hər kəsə şəxsi zaman ayıraraq özəl cavablar verdiyimiz göz önündən qaçmamalıdır.

Nəşriyyata zəng edirəm, çata bilmirəm. Emailə cavab vermirlər. Görəsən iflas edib nəşriyyatı bağladılarmı? On dəqiqə əvvəl də hesablarına pul köçürmüşdüm. Polisə getməliyəmmi?  

Nəşriyyatımız həftə sonları işləmir. Gün içində hansı saatlarda işlədiyimiz əlaqə səhifəmizdə yazılıdır. Yenə də iş saatından kənar vaxtlarda telefonlarımıza zənglər gəlir. Bu kimi vəziyyətlərdə uyğun olduğumuz ilk vaxtda yazıçılarımıza cavab verməyə çalışırıq.

İş saatı zamanı da cavabsız qalan telefon zənglərimiz ola bilər. Nəşriyyatımızı ziyarətə gəlmiş bir qonağımız, ya da çay içməyə gələn bir yazıçımız ola bilər. Bu vaxtı söhbət edən dostumuz telefondan məsul şəxsdirsə, o zaman qonağın sözünü kəsib telefona cavab verərkən etik davranmamış olar. Uyğun olduğumuz ilk anda sizə cavab verər, məlumatlandırarıq.

Bu çətin müddəti bir yerdə keçərək saysız oxucuya çatmaq arzusu ilə uğurlar diləyirik. Unutmayaq ki, bu kitab artıq həm yazıçının, həm də nəşriyyat evinindir. Çünki üzlükdə həm yazıçının, həm də nəşriyyat evinin adı yazılmışdır. Oxucular tərəfindən veriləcək dəyərin mənfisi də, müsbəti də bizlərədir. Oxucular kitabın içi üçün yazıçını, texniki özəllikləri üçün də nəşriyyatı məsuliyyətli görürlər.

Nəzərinizə çatdırılır.

Close